Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Beynəlxalq Atom enerjisi Agentliyi Tehrandan nüvə obyektlərinə girişin təhlükəsizliyini istəyir



Beynəlxalq Atom Enerjisi Agentliyi iyunun 8-də İran rəsmiləri ilə görüşüb bu ölkədəki nüvə obyektlərinin yoxlanması üçün təhlükəsiz girişi müzakirə edəcək. Agentliyin direktoru Yukiya Amano bazar ertəsi İranı Parchin zavoduna girməyi təmin etməyə çağırıb. Həmin zavodda nüvə silahı hazırlanmasına dair şübhələr var.

Amma Tehran onun silah yaratmağa çalışması barədə məlumatları rədd edir. İran bildirir ki, onun nüvə proqramı yalnız dinc məqsədlidir.

Beynəlxalq Agentlik uzun müddətdir ki, Parchin zavoduna girməyə çalışır. Tehran isə bildirir ki, bu zavodun onun nüvə proqramı ilə heç bir bağlılığı yoxdur, ora müşahidəçi buraxmağa məcbur deyil.
XS
SM
MD
LG