Keçid linkləri

2025, 07 Dekabr, bazar, Bakı vaxtı 19:15

​​“Tənqid.net” jurnalının yeni sayı işıq üzü gördü


“Tənqid.net” jurnalının yeni sayı işıq üzü görüb.

Tənqidçi Tehran Əlişanoğlunun baş  redaktorluğu ilə nəşr olunan jurnal  Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunub.

Jurnalda  Məmməd İsmayıl, Aydın Talıbzadə, Tehran Əlişanoğlu,  Cavanşir Yusifli, Niyazi Mehdi və digərlərinin yazıları yer alıb.

“Günün Ədəbiyyatı” rubrikasında Ramiz Rövşənin “Vətən”, “Mən də Tanrı quşu olsam” və s. şeirləri dərc olunub.

Jurnalda yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” və “Unutmağa kimsə yox” romanları haqda rəylər də yer alıb.

Jurnalda oxuzali.az saytının keçirdiyi roman müzakirələri çərçivəsində çap edilmiş “Yad dildə Ədəbi hadisə” (Elnarə Tofiqqızı), “Məqsəd Nurun revanşı” (Tehran Əlişanoğlu) yazıları da dərc olunub.

Qeyd edək ki, “Tənqid.net” jurnalının bu sayı “Qanun” nəşrlər evinin hesabına çap olunub.

Cavid
XS
SM
MD
LG