Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 13:31

İsa Həbibbəyli Cəmil Həsənliyə cavab verdi


Tarixçi Cəmil Həsənli
Tarixçi Cəmil Həsənli
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 64 (20.469) 10 aprel 2012


VERGİ ÖDƏYİCİLƏRİ İLƏ GÖRÜŞ

Culfa rayonunda vergi ödəyicilərinin maarifləndirilməsi məqsədilə görüş keçirilmişdir. Görüşdə rayon Vergilər Şöbəsinin rəisi Nəcəf Allahverdiyev, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Mirhüseyin Seyidov, rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev çıxış edərək bildirmişlər ki, büdcə gəlirlərinin formalaşması və səmərəli istifadəsində maliyyə nəzarəti başlıca prinsipdir.
Qeyd olunmuşdur ki, qeydiyyatda olan əksər vergi ödəyiciləri ilə elektron müqavilələr bağlanmış və onlara elektron kargüzarlıqdan istifadə etmək üçün istifadə kodu, parol və şifrələr verilmişdir. Bunun da nəticəsində hər bir vergi ödəyicisi ona göndərilmiş məktubları, akt və protokolları, inzibati məsuliyyətə cəlb edilmə haqqında qərarları, onlara tətbiq edilmiş maliyyə sanksiyaları, əlavə hesablanmış vergi məbləğləri barədə məlumatları qeydiyyatda olduqları vergi orqanlarına gəlmədən əldə edə bilərlər.

ELMİ MÜHİTƏ OBYEKTİV BAXIŞ OLMALIDIR

...Hər şeydən qabaq, Cəmil Həsənlinin, ümumiyyətlə, ölkəmizdə keçirilən bütün növ seçkilərə şübhə ilə yanaşması, daha doğrusu, qara yaxması ədalətli səslənmir. Axı, hər kəs yaxşı bilir ki, Cəmil Həsənlinin özü 2000 və 2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə müxalifət düşərgəsinin təmsilçisi kimi iştirak edərək deputat seçilmişdir. Məgər, bu respublikamızda keçirilən seçkilərin real, ədalətli olmamasının göstəricisi idi? Əsla yox! Deputat seçildiyi illərdə onun seçki prosesindən narazı qaldığını heç kim eşitmədi. Aşkar görünür ki, Cəmil Həsənlinin seçkilərdən narazılığının kökündə onun 2010-cu ildə Milli Məclisə keçirilmiş seçkilərdə deputatlıq mandatını qazana bilməməsi ilə bağlı mətləblər dayanır. Həmin uğursuzluğun səbəbini isə Cəmil Həsənli, hər şeydən qabaq özündə axtarmalıdır. Siyasi baxışlarına, cəmiyyətdəki mövqeyinə görə bir-birindən fərqli cinahların təmsilçilərini «müdafiə» etməklə, ayrı-ayrı qurumlarda, cəmiyyətlərdə «fəallıq» göstərmək kimi görüntü yaratmaqla müasir dövrün ayıq-sayıq seçicisinin etimadını qazanmaq daha mümkün deyil....Hər kəsin yaxşı bildiyi kimi, Cəmil Həsənli Milli Məclisə 2010-cu il seçkilərinə ən müxtəlif vəziyyətlərdə səs-küylü addımlar ataraq gəlmişdi. Azərbaycan cəmiyyəti isə bu mərhələni artıq ötüb keçmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Muxtar respublika inşaatçıları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər
- Naxçıvanda keçirilən iməciliklərdə yeni meyvə bağları salınır
- Pediatrların sertifikasiya test imtahanı keçirilmişdir
XS
SM
MD
LG