Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Ali Məhkəmə 4 müxalifətçinin işinə baxacaq


İyunun 5-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə aprel məhbuslarından 4 nəfərin kasasiya şikayətinə baxılacaq. Bunlar Sahib Kərimov, Babək Həsənov, Elnur İsrafilovElşən Həsənovdur. Bu haqda Babək Həsənovun vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna deyib. Vəkilin sözlərinə görə, onlar əməllərində cinayət tərkibinin olmaması ilə bağlı məhkəməyə müraciət ediblər. Və işlərinə xitam, özlərinə bəraət verilməsini istəyirlər.

«Əgər bu şikayət təmin olunmasa, biz artıq Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik».

2,6 ay müddətinə azadlıqdan məhrum edilmiş Elnur İsrafilov artıq bir qədər əvvəl həbsdən çıxıb. O, əfv olunması üçün prezidentə müraciət etmişdi. Onun məhkəmədə iştirak edib-etməyəcəyi məlum deyil. Çünki bu şikayət o həbsdə olarkən verilib.

Sahib Kərimov, Babək Həsənov, Elnur İsrafilov və Elşən Həsənov son parlament seçkilərindən narazıların birləşdiyi İctimai Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiyada həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar.

Sahib Kərimov və Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
XS
SM
MD
LG