Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:47

Penitensiar Xidmətin əməkdaşı həbs edilib


Arxiv foto
Arxiv foto
İyunun 2-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı həbs edilib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən Bakı İstintaq Təcridxanasının əməkdaşı, ədliyyə serjantı Amin Rəhimov cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirməyə cəhd göstərib.

Məlumata görə, A.Rəhimov saxlanılıb və onun üzərinə baxış keçirilərkən kəmərinin iç hissəsində marixuana bükümləri aşkarlanıb. A.Rəhimov həbs edilib və onun barəsində cinayət işi başlanılıb.

İlkin məlumata görə, Xidmət əməkdaşı narkotik vasitəni cəza çəkən şəxslərdən birinə ötürürmüş.

Penitensiar Xidmətin mətbuat xidmətindən agentliyə faktı təsdiqləyiblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG