Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

TQDK 25 şagirdi imtahandan xaric edib


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 3-də IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. 25 şagird əlavə vəsaitlər keçirməyə cəhd etdiyinə görə imtahandan xaric olunub. Üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün isə imtahan iyulun 8-də keçiriləcək.

TQDK-nın rəsmi saytı bildirib ki, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Yaxın günlərdə nəticələrin elan edilməsi nəzərdə tutulur.

Buraxılış imtahanı Bakı şəhərində Azərbaycan və rus bölməsində, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarında isə rus bölməsində təhsil alan ümumtəhsil müəssisələrinin IX sinif şagırdləri üçün keçirilib.
XS
SM
MD
LG