Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:51

İsrailin pilotsuz təyyarəsi Qəzzəni vurub


İsrail təyyarəsinin Qəzzə bölməsini vurması nəticəsində 4 uşaq da daxil olmaqla 7 dinc sakin yaralanıb.

Bu barədə tibbi mənbələr xəbər verir.

Şahidlərin sözlərinə görə, pilotsuz təyyarənin buraxdığı raket Husseyrat qaçqın düşərgəsindəki evlərdən birinə dəyib.

Məlumatlara görə Fələstin yaraqlıları bundan əvvəl bu ərazidən İsraili raket atəşinə tutublar.

İsrail komandanlığı 1 əsgərin öldüyünü və buna cavab olaraq bazar gününə keçən gecə
Qəzzə bölməsində 5 obyektin vurulduğunu deyir.
XS
SM
MD
LG