Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:51

Fransa Suriyaya hərbi müdaxilənin mümkünlüyünü istisna etmir


Human Rights Watch təşkilatı beynəlxalq aləmi Suriyaya silah göndərən şirkətlərlə iş birliyindən imtina etməyə çağırıb.

Təşkilatın bazar günü yaydığı hesabatda Rusiyanın “Rosoboroneksport” şirkətinin adı xüsusi çəkilir.

Rusiya Xarici İşlər Nazirliyinin bazar günü yaydığı bəyanatda isə deyilir ki, BMT insan haqları şurasının iyunun 1-də Suriyanın Hula şəhərindəki vəziyyətlə bağlı qəbul etdiyi qətnamənin mətni onun mandatından kənara çıxır.

Bəyanatda qırğınlara istintaqdan əvvəl qiymət verilməsindən narahatlıq bildirilir və qeyd olunur ki, buna BMT təhlükəsizlik şurasına təzyiq kimi baxmaq olar.

BMT-nin baş katibi Kofi Annan iyunun 3-də Suriyadakı vəziyyətlə bağlı daha geniş beynəlxalq danışıqlara çağırıb.

Ərəb ölkələri bundan əvvəl Suriya ilə bağlı beynəlxalq sülh planının həyata keçirilməsinə konkret vaxt qoymağa və zorakılıqların dayandırılmayacağı halda konkret addımlar atmağa çağırıblar.

Fransanın müdafiə naziri Jan-İvle Drian (Jean-Yves Le Drain) isə Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında Suriyaya hərbi müdaxilə variantının mümkünlüyünü istisna etməyib.
XS
SM
MD
LG