Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

Beynəlxalq «Caspian Oil and Gas» sərgi və konfransı keçiriləcək


Arxiv foto
Arxiv foto
İyunun 5-8-də «Bakı Ekspo» mərkəzində 19-cu Beynəlxalq «Xəzər neft, qaz, neftayırma və neft kimyası» («Caspian Oil and Gas») sərgi və konfransı keçiriləcək.
Bu ilki sərgidə dünyanın 35 ölkəsindən 304 şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Almaniya, Böyük Britaniya və Türkiyənin milli qrupları var. Bu il sərgidə ilk dəfə olaraq Vyetnamı təmsil edən şirkətlər də iştirak edəcək. Sərgi sahəsinin 40%-ni bütün dünyada tanınmış şirkətlər tutacaq. Bu şirkətlərin əksəriyyəti «Caspian Oil & Gas» sərgisinin daimi iştirakçılarıdırlar. Sərgi iştirakçılarının 10%-ni əvvəllər heç vaxt Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir.
Sərgi «Bakı Ekspo» mərkəzinin iki pavilyonunda keçiriləcək.

Bu tədbirdə neft hasilatı və enerji ehtiyatlarının daşınması sahəsində mövcud olan yeni texnologiyalar nümayiş etdiriləcək. Eyni zamanda, sərgi regionda həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələrini təqdim edəcək.
XS
SM
MD
LG