Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:43

Cəsarətli əfqan qızı – Lal Bibi


18 yaşlı əfqan qızı Lal Bibi və anası (Foto: New York Times)
18 yaşlı əfqan qızı Lal Bibi və anası (Foto: New York Times)
Bir tərəfdən NATO əməliyyatları, digər tərəfdən hər an Talibanın zorakılıqlarına məruz qalan əfqan qızları üçün təcavüzə uğramaq hər an başlarına gələ biləcək hadisədir. Ancaq zorakılığa məruz qalan qız və qadınları əsasən ailələri «namuslarına ləkə gətirdikləri» üçün öldürülər.
Xalası oğlu yerli nüfuzlu şəxslərdən birinin ailəsinə qarşı çıxdığı üçün mayın 17-də 18 yaşlı Lal Bibini tanımadığı adamlar qaçırıb. Qisasını bu qızdan alıblar. Əvvəlcə Lal Bibini divara zəncirləyiblər, sonra dəfələrlə zorlayıblar. Təcavüz edənlərin arasında ABŞ hərbçilərinin təlim keçdiyi yerli əfqan polislərinin də olduğu bildirilir.
Lal Bibinin ailəsi başlarına gələn faciəyə və Əfqanıstandakı adət-ənənələrə baxmayaraq, başqa yol seçdi. Lal Bibini Kunduz xəstəxanasına apardılar. Təcavüzü sənədləşdirdilər, sonra isə bölgə valisinin köməyi ilə təcavüzçülərə qarşı iddia qaldırdılar.
Başına gələnləri cəsarətlə New York Times qəzetinə danışan Lal Bibi deyib ki, «mən onsuz da ölmüş bir adamam. Əgər dövlət bu adamları məhkəmə qarşısına çıxartmasa özümü yandıracağam. Çünki bu ləkə ilə yaşaya bilmərəm. Əgər bu adamlar cəzalandırılmasa, hamı məni ələ salacaq. Ona görə də onların cəzalandırılmasını tələb edirəm».
XS
SM
MD
LG