Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:16

Loreen Bakıdakı görüşlərindən danışıb


«Eurovision 2012» Mahnı Müsabiqəsinin qalibi Loreen mətbuat konfransı zamanı
«Eurovision 2012» Mahnı Müsabiqəsinin qalibi Loreen mətbuat konfransı zamanı
-

«Eurovision 2012» Mahnı Müsabiqəsinin qalibi Loreen BBC-nin Newsbeat verlişinə qonaq olub.

Verliş zamanı müğənni Azərbaycanda insan haqlarının vəziyyəti barədə məlumat almaq üçün hüquq müdafiə təşkilatları ilə görüşdüyünü deyib.
O bildirib ki, müsabiqədən əvvəlki həftələrdə Bakıda medianın müşayəti ilə görüşlər keçirib.

Loreen vətəndaş cəmiyyəti fəallarıyla görüşünün bəziləri tərəfindən xoş qarşılanmadığını bildirsə də, görüşün onun üçün vacib olduğunu deyib:
--
«Mən çıxışımı hazırlamaqdan başqa həm də insan haqları təşkilatlarına getdim ki, bir az məlumat yayılsın. Azərbaycanda nə baş verdiyi barədə xəbərlər çıxsın. Odur ki, məni buna görə sevməyənlər oldu... Amma mənim üçün bu vacib idi. Mən o görüşləri Bakıya getməmişdən bir ay əvvəl planlaşdırmışdım. Bu görüşlərin yaxşı keçməsinə çalışmışdım. Bütün beynəlxalq mətbuat nümayəndələri, İsveç mətbuatı mənimlə o təşkilatlara getdi. Onlar adamların dilindən hekayələrini eşitdi. Odur ki, doğrunu söyləmək imkanı oldu. Bu rejimin, bu prezidentin etdiyi bu idi, o, həmin konsert zalını tikmək üçün insanlara heç nə vermədən evlərindən çölə atmışdı. Bu doğrudan da hörmətsizlikdir. «Eurovision»un Azərbaycanda keçirilməsi ona yox, Azərbaycan xalqına xeyir gətirdi. Bunu etiraf etməlidirlər».
«EUROVİSİON» HAQDA BÜTÜN YAZILARI BURDAN OXU
XS
SM
MD
LG