Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:12

BMT rəsmisi Bashar Assada amnistiya düşmədiyini deyir


BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Navi Pillay bəyan edib ki, Suriya prezidenti
Bashar Assad və ölkənin yüksək rütbəli hökumət üzvləri törətdikləri cinayətlərə görə amnistiyaya düşə bilməz.

Mühacirətdə olan Suriya müxalifətinin lideri Burhan Galiun isə şənbə günü Ərəb Dövlətləri
Liqasının xarici işlər nazirlərinə müraciət edib.

O qeyd edib ki, müxalifətdə olan milli şura dinc sakinlərə qarşı hərbi əməliyyatları dayandırmaq üçün Ərəb dövlətlərinin Suriyaya hərbi müdaxiləsini alqışlayardı.

Londonda fəaliyyət göstərən hüquq müdafiəçiləri şənbə günü Suriyada 14 əsgərin öldürüldüyünü xəbər verirlər.

Həmçinin Dəməşq və Homsda azı 3 sakinin öldürüldüyü xəbər verilir.
XS
SM
MD
LG