Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:13

Şəkiyə dolu düşüb


İyunun 2-si gecə saatlarında Şəkiyə güclü dolu düşüb.

Köbər Zəyzid, Baş Küngüt, Oraban, Baş Kəldək, Bideyiz və digər bir neçə kənddəki evlərin dam örtüyünə xeyli ziyan dəyib.

20 dəqiqəyə yaxın küləklə müşayiət olunan dolu əkin sahələrini, meyvə bağlarını yararsız hala salıb.

Sakinlərin dediyinə görə, daha çox ziyan taxıl sahələrinə dəyib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşları əhaliyə dəymiş ziyanın miqdarını hesablayır.
XS
SM
MD
LG