Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Ərəb ölkələri Suriyadakı müşahidəçilərin sayı və mandatını artırmağa çağırıb


Ərəb Dövlətləri Liqası BMT-nin təhlükəsizlik şurasını Suriyadakı beynəlxalq müşahidəçilərin sayı və mandatını genişləndirməyə çağırıb.

BMT-yə göndərilmiş məktubda Hula şəhərində 108 dinc sakinin kütləvi qətlindən sonra , ölkədə sakinlərin qorunmasının vacibliyi bildirilir.

Rusiya prezidenti Vladimir Putin Suriyada vətəndaş müharibəsinin qarşısını almaq üçün bütün ölkələri beynəlxalq elçi Kofi Annanın sülh planını dəstəkləməkdə davam etməyə çağırıb.

O belə bir bəyanatla cümə günü Fransa prezidenti Francois Hollande və Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra çıxış edib.

Francois Hollande təkid edir ki, Suriyaya qarşı yeni sanksiyalar tətbiq edilsin.

Vladimir Putin isə deyib ki, bu məsələ BMT-nin təhlükəsizlik şurasında həll olunmalıdır, birtərəfli qaydada yox.

Rusiya, Çİn və Kuba cümə günü BMT-nin insan haqları şurasında Suriyadakı kütləvi qırğınları pisləyən qətnamə layihəsinin əleyhinə səs veriblər.
XS
SM
MD
LG