Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

ABŞ gəmilərinin çoxu Sakit okeana göndəriləcək


ABŞ-ın hərbi gəmilərinin əksəriyyəti 2020-ci ilədək Sakit okeana göndəriləcək.

Bunu Birləşmiş Ştatların müdafiə naziri Leon Panetta Sinqapurda keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edərkən deyib.

O bunun Asiyada yeni strategiya ilə bağlı olduğunu bildirib.

Leon Panetta qeyd edib ki, belə ehtimal olunur ki, biz Sakit okeanda hərbi iştirakımızı artırmaqla Çinə meydan oxuyuruq.

Amma bu belə deyil, bu Çinin inkişafına qarşı yönəlməyib.

Onun sözlərinə görə, hazırda ABŞ-ın hərbi gəmilərinin təxminən yarısı Atlantik, yarısı isə Sakit okeandadır.

Amma gələcəkdə bunların təxminən 60 faizi Sakit okeanda yerləşdiriləcək.
XS
SM
MD
LG