İrlandiyada avro pul vahidi işlədən ölkələrdə valyuta siyasətinin sərtləşdirilməsinə dair plan müdafiə edilib. Bu plana münasibətə dair mayın 31-də keçirilmiş referendumun nəticələri iyunun 1-də elan edilib. Rəsmi nəticəyə görə islandların 60.3 faizi bu planı müdafiə edib.
Həmin layihəyə görə avrozona ölkələrində həddən artıq borclanmanın qarşısını almaq üçün nəzarət mexanizmləri yaradılmalıdır. Qazandığından çox xərcləyən ölkələr isə cərimə olunmalıdır.
Bu sənəd 17 avrozona ölkəsindən 12-də təsdiq edilsə, 2013-cü ildən qüvvəyə minə bilər. İndiyə qədər avrozona ölkələrindən dördü sənədi təsdiq edib.
İqtisadi böhranla üzləşmiş avrozona ölkələrinin bir çoxu belə islahatların və qənaət planlarının əleyhinə çıxış edir.