Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 03:53

Qazaxda Ədəbiyyat Muzeyi tikilir


Prezident İlham Əliyev iyunun 1-də Qazax rayonunda Ədəbiyyat Muzeyinin tikilməsi üçün 5 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Sənəddə deyilir ki, “Qazax rayonunda fəaliyyət göstərən Səməd Vurğun poeziya evində, Molla Vəli Vidadi və Molla Pənah Vaqifin xatirə muzeyində dahi sənətkarların həyat və yaradıcılığının dərindən öyrənilməsi və təbliğ edilməsinə, yaradıcı insanların görüşlərinin, toplantılarının, poeziya gecələrinin keçirilməsinə lazımi şəraitin olmaması müasir ədəbi mərkəzin yaradılmasını zəruri edir.”

Sərəncama görə yeni muzey Qazax şəhərində yaradılacaq. Onun tikintisinə lazım olan 5 milyon manat isə Prezidentin Ehtiyat Fondundan ödənəcək.
This item is part of
XS
SM
MD
LG