Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 05:30

Qazaxıstan “Diktator” filminin nümayişini dayandırıb



Qazaxıstanda kinoteatrlarda iki həftə nümayiş olunduqdan sonra “Diktator” filminin göstərilməsi dayandırılıb. Qazaxıstanın İnterfilm Şirkəti xəbəri təsdiq etsə də filmin dayandırılmasının səbəbini deməyib.

May ayından kinoteatrlara çıxan “Diktator” filmində Yaxın Şərq üslubunda tiranlıq təsvir olunur. Filmi artıq Orta Asiyanın Tacikistan və Türkmənistan kimi ölkələrində də qadağan ediblər.

Azərbaycanda da “Diktator” filminin beş gün nümayişindən sonra müəmmalı şəkildə dayandırılıb. Kinoteatrlar buna heç bir rəsmi səbəb izah etməyiblər.
XS
SM
MD
LG