Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Navy Pillay: Houla qətliamı araşdırılmalıdır


Beynəlxalq ictimaiyyət Suriyanın Houla qəsəbəsindəki dinc adamların qətlini araşdırmalıdır.

Bunu BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən toplantısında təşkilatınn insan haqları üzrə baş komissarı Navy Pillay Pillay bildirib. Deyib ki, ki, bu qətl insanlıq əleyhinə cinayətdir, günahkarlar ədalət qarşısında cavab verməlidirlər.

BMT müşahidəçiləri hesab edirlər ki, Houla qəsəbəsindəki qətliamı hökumət qoşunları törədib. Suriya hakimiyyəti isə bunun müxalifətin əməli sayır.

Keçən həftə Houlada baş vermiş qətliam nəticəsində 108 nəfər öldürülmüşdü. Onlardan 49-u uşaq idi.
XS
SM
MD
LG