Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 21:43

BMT-nin İnsan Hüquqları Şurası Suriyadakı vəziyyəti müzakirə edir


BMT-nin İnsan Hüquqları Şurası Cenevrədə keçirilən toplantısında Suriyadakı vəziyyəti müzakirə edir.

BMT müşahidəçiləri hesab edirlər ki, Houla qəsəbəsindəki qətliamı hökumət qoşunları törədib. Suriya hakimiyyəti isə bunun müxalifətin əməli sayır.

Mayın 31-də Suriya hakimiyyəti Houla qəsəbəsindəki dinc adamların ölümünə görə silahlı müxalifəti ittiham edib. Bundan əvvəl isə BMT Təhlükəsizlik Şurası Houlada baş verənlərə görə Suriya hakimiyyətini günahlandırıb.

Keçən həftə Houlada baş vermiş qətliam nəticəsində 108 nəfər öldürülmüşdü. Onlardan 49-u uşaq idi.
XS
SM
MD
LG