Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:17

Bəzi universitetlərdə magistraturaya qəbul dayandırıldı


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
Azərbaycanda bəzi ali məktəblərdə magistraturaya qəbul dayandırılıb.

APA-nın xəbərinə görə, bu barədə iyunun 1-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, magistraturaya qəbulu dayandırılan ali məktəblər içərisində həm ali, həm özəl ali məktəblər var: «Özəl ali məktəblərdən «Təfəkkür» Universiteti, Bakı Asiya Universiteti, Avrasiya Universiteti, Bakı Biznes Universiteti, Qızlar Universiteti, Azərbaycan Kooperasiya Universiteti, dövlət universitetlərindən isə Mingəçevir Politexnik Universiteti, Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya qəbul dayandırılıb. Bunun səbəbi bizə məlum deyil. Qəbul planı TQDK-ya hazır şəkildə daxil olub».

TQDK sədri deyib ki, bu il Azərbaycanda magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 olub (ötən il 5815 yer). Dövlət sifarişi üzrə ayrılmış yerlərinin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir (ötən il 2095 yer).

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG