Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:46

AzadlıqRadiosunun fars xidmətinin əməkdaşlarının ailəsi təqib olunur


Arxiv foto: İran polisi vətəndaşların istifadə etdikləri peyk antenlərini yığır.
Arxiv foto: İran polisi vətəndaşların istifadə etdikləri peyk antenlərini yığır.
-

Bu barədə Azadlıq və Azad Avropa Radioları Korporasiyasının yaydığı rəsmi məlumatda bildirilir. Xəbərdə qeyd olunur bu il radionun əməkdaşlarının İrandakı ailə üzvləri azı 20 dəfə istintaqa çəkilib, onları qorxutmağa çalışıblar: “Bəzən bir neçə saat sürən belə sorğu-sualları rəsmilər və kəşfiyyat Nazirliyinin əməkdaşları aparıblar. Agentlər istintaqa çəkdikləri adamları yaxınları bizim radioda işləməyə görə qınayıb, həmin jurnalistlərlə hər hansı formada ünsiyyətlərinin olub-olmadığını soruşublar. Bir çox hallarda isə onlara tapşırıblar ki, öz yaxınları olan jurnalistləri AzadlıqRadiosunun fars xidmətinə işləməkdən çəkindirsinlər. Jurnalistlərdən birinin yaxınına isə onun efirdə apardığı silsilə verilişi dərhal kəsməyi əmr ediblər.”

Azadlıq və Azad Avropa Radioları Korporasiyası yaydığı rəsmi məlumatda bildirir ki, belə sorğu-suallar İranın paytaxtı Tehranda və 6 başqa şəhərində aparılıb.

Radionun prezidenti Steven Korn bildirir ki, bu hallar İran rejiminin nəzarət edə bilmədiyi informasiya mübadiləsinin qarşısını ala bilmək üçün hansı addımları atmağa hazır olduğunu göstərir: “Bizim jurnalistlər işlərində olduqca böyük fədakarlıq edirlər. Onlara və ailə üzvlərinə edilən belə təzyiqlərlə rejim heç nəyə nail ola bilməz.”

AzadlıqRadiosunun fars xidməti korporasiyanın Baş ofisi yerləşən Praqadan verilişlər yayır. Bu radio İrana senzura olunmayan informasiyalar verən ən əsas mənbədir. İran hökuməti bu radionun saytına girişi qadağan edib. Amma ehtiyat giriş vasitələri ilə hökumətin qadağalarından yayınaraq radionun saytına İrandan ayda 1.5 milyon adam baxır.

İran hökuməti ölkədə peyk antenlərini qadağan edib, qısa dalğalarda yayılan proqramları pozur, amma buna baxmayaraq insanlar İrandan e-maillər, SMS-lər göndərməklə radionun canlı proqramlarına müzakirələrə qoşulurlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG