Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 00:59

Clinton:" Suriyaya hərbi müdaxilə üçün böyük beynəlxalq dəstək lazımdır"


ABŞ dövlət katibi Hillary Clinton bildirib ki, Suriyada qan tökülməsi davam etdikcə vəziyyətə beynəlxalq müdaxilə çağırışları artır.

Amma dövlət katibi qeyd edib ki, Rusiya ilə Çin də daxil olmaqla hərbi müdaxiləyə böyük beynəlxalq dəstək lazımdır.

Ötən cümə günü Suriyanın Hula kəndində dinc sakinlərin kütləvi qətli beynəlxalq aləmin kəskin etirazına səbəb olub.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG