Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:30

Bakıda Mir Cavadın fərdi sərgisi açıldı


Azərbaycan
Mir Cavadın əsərlərindən biri
Mir Cavadın əsərlərindən biri
​Milli İncəsənət Muzeyində rəssam Mir Cavadın (Cavad Mirhaşım oğlu Mircavadov) fərdi yaradıcılıq sərgisi açılıb.

Xəbəri AzadlıqRadiosuna muzeyin direktor müavini Gülyanaq Məmmədova verib.

Sərgidə rəssamın həyatını əks etdirən 42 fotomontaj və 50-yə yaxın boyakarlıq əsəri nümayiş olunur.

«Qadın balqabaq ilə» (1984), «Öküzün nallanması» (1970-1971), «Nuhun Gəmisi» (1986), «Analıq» (1988) və s. əsərləri rəssamın yaradıcılıq ampluası üçün xarakterik sayılır.

Bundan əlavə, ekspozisiyada rəssamın həyatının müxtəlif anlarını əks etdirən fotolar, gündəliyindən qeydlər, ailə fotoları, eyni zamanda muzeyin kolleksiyasına son dövrlər daxil olan keramika və misgərlik nümunələri də nümayiş olunur.

Sərgi iyunun sonunadək davam edəcək.

Azərbaycan avanqardının banisi, Abşeron rəssamlıq məktəbinin ən parlaq novatorlarından olan Mir Cavad Azərbaycanın ilk dissident rəssamlarından sayılır.

O, Sovetlər dönəmində «sosializm realizmi»nə uymayan əsərlər yaradırdı. O səbəbdən də Mir Cavadın ilk fərdi sərgisi 1987-ci ildə -- 64 yaşındaykən açılıb.

Sərginin təşəbbüsçüsü görkəmli qırğız yazıçısı Çingiz Aytmatov olub.
Müasirləri onun eksperimentlərini anlaya bilmirdi.

Hətta bir sənətşünas onun rəsmlərinə baxandan sonra yazıb: «6-7 yaşlı uşağın çəkdikləri Mircavad Mircavadovun tablolarından qat-qat yaxşıdır».

Mir Cavad 19 yanvar 1923-cü ildə Bakıda doğulub.

Uzun illər ağır xəstəliklə mübarizə aparıb, 1992-ci ildə «Kopenhagen –Moskva» qatarında vəfat edib.

Məzarı Yasamal qəbiristanlığındadır.

Rəssamın tabloları dünyanın bir çox muzeylərində və şəxsi kolleksiyalarında saxlanılır.

Bu il onun ölümünün 20, gələn il isə dünyaya gəlişinin 90 illiyi tamam olur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG