Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 10:05

Avropa rəsmiləri avrozonaya inteqrasiyanı vacib sayır

Avropa Komissiyası ilə Avropa mərkəzi bankının aparıcı nümayəndələri avronun dollara nisbətə düşməsi fonunda avrozonaya inteqrasiyanı vacib sayırlar.

Avropa mərkəzi bankının prezidenti Mario Dragi bildirib ki, avrozona Avropa Birliyində maliyyə sistemlərinin mərkəzləşdirilməsi və əmanətlərin qorunmasına birgə təminat olmadan döz bilməz.

Avropa Komissiyasının iqtisadi siyasət məsələləri üzrə nümayəndəsi Olli Rehn isə

Avrozona ölkələrini rasılaşdırılmış maliyyə siyasəti yeritməyə çağırıb.

Mayın 31-də İrlandiyada büdcə intizamının sərtləşdirilməsini nəzərdə tutan Avropa müqaviləsi ilə bağlı referendum keçirilir.

Müşahidəçilərin əksəriyyəti hesab edir ki, İrlandiya sakinləri sənədi dəstəkləyəcək.

Son vaxtlar Yunanıstan və İspaniyadakı iqtisadi vəziyyət avronun ABŞ dollarına nisbətdə düşməsinə səbəb olub.
This item is part of
XS
SM
MD
LG