Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Diktatorlar düşündüyünüzdən ağıllıdır


Arxiv foto: Muammar Qaddafi, Hosni Mubarak, Ali Abdullah Saleh
Arxiv foto: Muammar Qaddafi, Hosni Mubarak, Ali Abdullah Saleh
-
Foreign Policy

Güman edilir ki, diktatorlar ya səfeh, ya da ən azı ağılsız olur. Muammar al-Qaddafi axmaq bir dəb anlayışına malik idi. Kim Jong Ilin qəribə saç stili var idi və onda şüarlara sürrealist bir «tutqu» müşahidə edilirdi.

Birmanı idarə edən generallar isə ölkədə önəmli qərarlar və insanları güllələməklə bağlı gələcəkdən xəbər verən kahinlərlə məsləhətləşmə aparırdılar.

Lakin bu təqlidlər əslində müasir dünyada xoşagəlməyən faktları ört-basdır etməyə can atır.

Qaddafinin hakimiyyəti 41 il çəkdi. Kim Jong İl Şimali Koreyanı 17 il idarə edəndən sonra yatağında öldü.

Birmadakı generallar isə 1962-ci ildə hakimiyyətə gəliblər, baxmayaraq ki, son zamanlar hakimiyyətləri zəifləyib, amma hələ də idarəetmədə böyük rola malikdirlər.

Bütün bu diktatorlar hakimiyyətdə özləri və tərəfdarlarının haqqı olmadığı halda yetərincə uzun müddət qalıblar.

ONLARI SƏFEH ADLANDIRA BİLMƏZSƏN

Onlar qəddar idilər, yaxşı. Amma onları səfeh adlandıra bilməzsən. Onların meyarları ilə yanaşsaq, onlar yetərincə uğurlu olublar.

Elə bu da yadda saxlamağınızı tövsiyə etdiyimiz məsələdir, əgər biz dünyada azadlıq dəyərlərini yayanlara kömək etmək istəyiriksə.

Bu, Will Dobsonun yeni kitabındakı dərslərdən biridir. «Diktatoru Öyrənmə Əyrisi: Demokratiya üçün Qlobal Döyüşdə» adlanır kitab.

«Foreign Policy»nin keçmiş redaktoru Dobson bir neçə il əvvəl avtoritar rejimlərin demokratik qüvvələri ilə birgə təlimə dəvət edilərkən bu kitabın ideyası ağlına gəlib. Təlim oyun vasitəsilə aparılıb və Dobson diktator rolunda çıxış etməyi təklif edəndə onu donuq baxışlarla qarşılayıblar. Və deyilib ki, «Biz insanlara başqalarını necə repressiyaya məruz qalmağı öyrətmirik».

Dobson kitabında hazırkı 5 avtoritar rejimi və onların nəzarət strategiyasını tədqiq edir və yanlışlıqlarını göstərir.

O, Çin Kommunist Partiyası üzvlərini və Rusiya dissidentlərindən müsahibə götürür.

«BÜTÜN ZƏRBƏ SEÇKİYƏ QƏDƏR BAŞ VERİR»

Müəllif Malayziya lideri Anwar Ibrahimi seçkiqabağı təbliğat günlərindən birində izləyir.

Venesuelada o, Hugo Chávezin həbsdə olan müttəfiqlərindən biri ilə xatirə görüşünü yazır.

Baxmayaraq ki, onun reportajlarının böyük əksəriyyəti Mübarək rejimi dağılana qədərki Misirdəndir, onun hakimiyyətdən getməsinə dair analizi inqilabdan sonra ortaya çıxan vəziyyətə işıq salır.

Dobsonun araşdırmalarında üzə çıxan əsas mesaj odur ki, bugünkü mütləqiyyətçilər səfeh deyillər. Onlar öz sələflərinin səhvlərindən dərs götürüblər. Putin Stalin deyil, Hu Jintao Mao Zedong deyil.

Əksər hallarda, Dobson yazır ki, müasir diktatorlar başa düşürlər ki, demokratik normalardan xəbər tutmaq onların marağındadır, o normaları pozsalar da...

Chávez, məsələn, seçki keçirməyi sevir və seçki günü kimə istəsəniz, ona da səs verə bilərsiniz. Venesuelalıların prezidentə səs vermə nəticəsi göstərir ki, o, media, məhkəmə və bürokratiyanı manipulyasiya etmək üçün səylərini ilbəil artırır.

«Seçki günü problem deyil», keçmiş Venesuela rəsmisi Dobsona deyir. «Bütün zərbə - pul, əmlak, ifrat güc, kommunikasiya – bütün bunlar seçkiyə qədər baş verir».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG