Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:06

Mərc oyunlarının keçirilməsində dəyişiklik edilib


Azərbaycan hökuməti idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarına dəyişikliklər edib. Bu barədə Trend-ə Nazirlər Kabinetindən bildirilib.

Qaydalara olunan əlavələrə görə, iştirakçıdan müəyyən bir futbol oyununda hər iki komandanın qol vuracağı («Qarşılıqlı qol var») və ya iki komandadan birinin, yaxud hər ikisinin qol vurmayacağı («Qarşılıqlı qol yoxdur») ilə bağlı proqnoz verməsi tələb olunur.

Həmçinin qərarda futbol oyununda canlı mərc üçün şərait yaratmaq tələb olunur. Bununla belə, bir futbol oyununun oynanılması zamanı mərc qoyulduqdan sonra növbəti topu qapıya hansı komandanın vuracağına dair canlı mərc həyata keçiriləcək.

Tələblər sırasında konkret bir limitdən «Alt/Üst» vurulan qol sayı, qırmızı vərəqənin olub olmadığı, müəyyən bir limitin altında və ya üstündə sarı ya da qırmızı vərəqə olub-olmayacağı, vurulan toplam qolun bir limitin altında, ya da üstündə olub-olmadığı və buna bənzər mərclər də edilməsi daxildir.

Kontordan həmçinin «İndikar» avtomobil yarışına və tazı (ov itləri) yarışlarına proqnoz etmək tələb olunur.
XS
SM
MD
LG