Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:32

Prezident Naxçıvanda bir neçə obyektin açılışında olub


Naxçıvanda səfərdə olan prezident İlham Əliyev Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının açılışında iştirak edib.

AzərTAc-ın məlumatına görə, prezident Naxçıvan Sement Zavodunun açılışına da qatılıb. Kəngərli rayonunda yerləşən zavodda istehsal sahələri, xammal və hazır məhsulun saxlanması üçün anbarlar, inzibati və iaşə binaları istifadəyə verilib. 18 əsas istehsal sahəsindən ibarət olan müəssisənin gündəlik sement istehsalı gücü 800 tondur.

İ. Əliyev MR-nın Fövqəladə Hallar Nazirliyinin inzibati binasının açılışında da iştirak edib.
XS
SM
MD
LG