Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 14:19

Julian Assangeın İsveçə ekstradisiya oluna bilər

Böyük Britaniyanın Ali Məhkəməsi “Wikileaks”in qurucusu Julian Assangeın İsveçə ekstradisiyası haqqında qərar çıxarıb. Assange məhkəməyə İsveçə ekstradisiya olunmamaqla bağlı apelyasiya vermişdi. Assange İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcək.

Julian Assange 2010-cu ildə İsveçə səfəri zamanı cinsi xarakterli cinayətlər törətməkdə ittiham olunurdu. Müdafiəçiləri bildirir ki, ona qarşı ittihamlar əslində Julian Assangeın ABŞ-ın yüzlərlə məxfi sənədini internetdə yayması ilə bağlıdır.
This item is part of
XS
SM
MD
LG