Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:33

Nizami Gəncəvinin Londondan əsərlərinin foto-surətləri gətirilib


Bu barədə Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvinin 870 illik yubiley tədbirlərinə hazırlıqlar çərçivəsində dünya kitabxanalarında olan əsərlərinin nümunələri yığılır.

Məlumat verilir ki, Londondan gətirilən əlyazmalar 1546-cı ildə İsfan şəhərindən Londona gətirilərək burada mühafizə olunur. Əlyazma 748 səhifədən ibarətdir.

Bununla yanaşı Rusiyanın Sankt-Peterburq, Avstriya və dünyanın bir çox şəhərlərində mühafizə olunan dahi Nizaminin əsərlərinin nümunələrinin də Gəncəyə gətirilməsi prosesi davam edir.

Gətirilən əlyazmaların sürətləri Gəncədə təsis olunmuş «Nizami Gəncəvi Muzeyi»ndə Nizamisevərlərin ixtiyarına veriləcək.
XS
SM
MD
LG