Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 01:35

Etimad Başkeçiddən roman gəldi


-
oxuzalı.az

Etimad Başkeçidin «Min yol mənə söylər…» romanı işıq üzü görüb.

Əsərdə Sovetlər Birliyinin süquta uğradığı vaxtlarda Moskvada təhsil alan azərbaycanlı tələbənin həyat hekayəti nəql olunur.

Romanda həyati daosizm motivləri bədii işarə sisteminin elementləri qismində çıxış edir və qəhrəmanın özü dao-yol arxetipinin relikt cizgilərini daşıyır.

Türk təhkiyə ənənəsi ilə dao həyat fəlsəfəsinin iç-içə oldugu roman yad etnosun mühitindəki azərbaycanlının ibrətamiz ömür saqası kimi oxunur.

Bu, dövrün epik mənzərəsini tamamilə fərqli baxış bucağından təsbit etməyə imkan verir.

Nəşrin redaktoru Rövşən Ramizoğludur.

Kitab «Mütərcim» nəşriyyatında çap olunub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG