Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:56

Nazirlik jurnalist Amir Asgharnejad’ın Bakıda soyundurulmasını təkzib edir


Jurnalist Amir Asgharnejad
Jurnalist Amir Asgharnejad
«Norveçli jurnalistin aeroportda döyülməsi və ya soyundurulması ilə bağlı dedikləri böhtandır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzadlıqRadiosuna bildirib.

Elman Abdullayev deyib ki, jurnalist Amir Asgharnejad Bakını tərk edərkən pasport yoxlanışı zamanı uyğunsuzluq müşahidə edilib:

«Jurnalist ölkəyə gələndə saçı uzun, üzü isə tüklü olub. Amma ölkəni tərk edərkən saçını kəsdirib, üzünü isə qırxdırıb. Bu da anlaşılmazlıq yaradıb və məsələ aydınlaşdırılandan sonra ölkəni tərk etməsinə imkan yaradılıb».

Elman Abdullayev onu da qeyd edib ki, Amir Asgharnejad'ın pasport şəkli 15 il əvvəl çəkilib:

«Hamı bilir ki, pasport şəkilləri müəyyən vaxtdan sonra dəyişir».

Norveçdə satirik proqram müəllifi olan Amir Asgharnejad vətəninə dönərkən Bakı aeroportunda sorğu-sual olunduğunu və bu məqsədlə lüt soyundurulduğunu bildirib. O, ötən həftə «Eurovision 2012» mahnı yarışmasını işıqlandırmaq üçün Bakıya gəlmiş və burda Azərbaycanla bağlı satirik video-süjetlər hazırlamışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG