Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:42

Sol Campbell Ukraynada irqçilik olduğunu deyir


Sol Campbell
Sol Campbell
Kiyev Britaniya mediasını qarşıdakı futbol üzrə Avropa Çempionatı ərəfəsində Ukraynanın nüfuzunu ləkələməkdə ittiham edir.

Mayın 28-də BBC-nin «Panorama» proqramında veteran futbolçu Sol Campbell tamaşaçılara müraciət edərək onları həmin çempionata getməməyə çağırıb. O, bildirib ki, həmin ölkələrdə irqçilik və qaradərililərə qarşı zorakılıq var:

- Evinizdə oturub televizora baxın. Risk etməyin, çünki evinizə tabutda gələ bilərsiz.
Avropa Çempionatı iyunun 8-də başlayır. Oyunlara Ukrayna və Polşa ev sahibliyi edir.

BBC-nin proqramında bu ölkələrdə keçirilmiş beynəlxalq futbol yarışlarının tarixindən kadrlar göstərilib. Həmin videolarda fanatların faşist salamı verdikləri, meymun burnu göstərib qaradərili futbolçuları ələ saldıqları görünür.

Ukraynanın Xarici İşlər Nazirliyinin sözçüsü Oleh Voloshyn bildirir ki, onun ölkəsində irqçiliklə bağlı iddialar quramadır və belə irqçilik problemləri Avropa Birliyi ölkələrində daha ciddidir:

- Ukraynanı tənqid etmək üçün o qədər başqa şeylər var ki... Amma irqçiliyə gələndə, bu sarıdan Avropa Birliyi ölkələri Ukraynada qat-qat irəlidədir.

BBC-nin «Panorama» proqramında göstərilən kadrlarda Ukraynanın Xarkov şəhərində Asiya ölkələrindən olan tələbələr hücuma məruz qalırlar.

Artıq qaradərili ingilis futbolçulardan ikisi gələn ay başlayan Avropa çempionatına getməyəcəyini bildirib.

BBC-dən bu proqram yayılan günlərdə Ukraynanın uşaq ombudsmanı ölkə sakinlərinə müraciət edərək Avropa Çempionatı keçirilən zaman uşaqlarını pedofillərin (uşaqbazların) mümkün hücumlarından qorumağa çağırıb.

Ombudsman Yuriy Pavlenko mayın 28-də Kiyevdə jurnalistlərə deyib ki, çempionat vaxtı Ukraynaya gələcək yüz minlərlə əcnəbinin içərisində seks turistlərinin olacağı da gözlənir. O, valideynlərə uşaqlarını çempionatın keçiriləcəyi şəhərlərdən kənara göndərməyi məsləhət görüb:

- Prezidentin verdiyi göstərişlərdə Avropa Çempionatının keçirildiyi günlərdə uşaqların qorunması tapşırılır. Uşaqlar üçün əlavə məşğuliyyət yaradılır. Məktəblərin ətrafında 16 000 düşərgə salınıb. Valideynlərdən çempionat keçirilən şəhərlərdən uşaqlarını çıxarmaları tövsiyə edilir. Ukrayna hər şeyə hazır olmalıdır. Bura gələnlərin heç də hamısını təkcə futbol maraqlandırmır.

Ombudsmanın dediyinə görə, uşaqların müdafiəsini gücləndirmək üçün polisə əlavə tədbirlər görməyi tapşırıb.

BMT-nin uşaq təşkilatı olan UNICEFA-nın məlumatına görə, seksual istismar və insan qaçaqçılığı sahəsində Avropanın ən böyük şəbəkəsi Ukraynadadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG