Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

İngilis rejissoru Bakıda Shakespeare'i səhnələşdirəcək


«Hamlet» tamaşasından səhnə
«Hamlet» tamaşasından səhnə
«Tanınmış ingilis rejissoru Jan Brown Akademik Milli Dram Teatrının səhnəsində Shakespeare pyeslərindən birini tamaşaya qoyacaq».

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov verib.

Xəbərdə bildirilir ki, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov ingilis rejissoru Jan Brown'u və Britaniya Şurasının mədəniyyət proqramları rəhbəri Gregory Nash'i qəbul edib.

Görüşdə Azərbaycan-İngiltərə teatr əlaqələrinin inkişaf etdirilməsi üçün konkret təkliflər irəli sürülüb. Əldə olunan razılığa görə, Jan Brown'un yaxın vaxtlarda Akademik Milli Dram Teatrında W.Shakespeare'in əsərlərindən biri əsasında yeni tamaşa hazırlaması planlaşdırılır.

Jan Brown Lids şəhərində Qərbi Yorkşir Dram Teatrının bədii rəhbəri və icraçı direktorudur.

Jan Brown Avropa Teatr məkanında kifayət qədər populyar və qəbul olunmuş bir teatr rejissorudur. Onun müxtəlif teatrlarda səhnələşdirdiyi tamaşalar böyük uğur qazanıb.
Jan Brown’un Londonun İst-End bölgəsində məhəllələrin birinin əhalisinin gündəlik həyatını əks etdirən «İstendlilər» çoxseriyalı televiziya filmi bütün Avropada məşhurdur.

Xəbərdə vurğulanır ki, Akademik Milli Dram Teatrında Jan Brown'un W.Shakespeare'in pyesi əsasında hazırlayacağı tamaşa yerli məkanda göstərilməklə yanaşı, həm də Avropada keçiriləcək beynəlxalq teatr festivallarında və turnelərdə nümayiş olunacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG