Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:51

Sülhəddin Əkbər partiya sədri seçilib


Mayın 29-da Bakıda Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.

APA-nın xəbərinə görə, iclasda partiya sədri Vaqif Mahmudov hesabat xarakterli çıxış edərək, ACP-nin ölkə siyasətindəki rolu, müxalifətin inteqrasiyası istiqamətində atdığı addımlar barədə danışıb.

ACP lideri Rəsul Quliyev internet vasitəsilə məclisin toplantısına qatılıb. O, partiyanın təşkilatlanması və fəaliyyətində ciddi irəliləyişlərə nail olunmasının vacibliyini vurğulayıb. Rəsul Quliyev bildirib ki, ACP siyasi proseslərin önündə getməklə ölkə siyasətində xüsusi rol oynamalıdır. Rəsul Quliyev partiya sədri vəzifəsinə Sülhəddin Əkbərin namizədliyini irəli sürüb. O bu təqdimatla çıxış etməsini Sülhəddin Əkbərin ölkə siyasi arenasında kifayət qədər tanınmış şəxs olması, siyasi prosesləri dərindən bilməsi, bacarıqlı təşkilatçı olması ilə əlaqələndirib.

Tədbirdə Sülhəddin Əkbər də çıxış edib. O, sədr seçiləcəyi təqdirə ACP-nin məqsəd və məramlarının nədən ibarət olacağını açıqlayıb.

Daha sonra Vaqif Mahmudov partiya Ali Məclisindən istefasını qəbul etməyi, Sülhəddin Əkbərin namizədliyini dəstəkləməyi xahiş edib. Səsvermə nəticəsində Sülhəddin Əkbər ACP sədri seçilib.

51 yaşlı Sülhəddin Əkbər milli azadlıq hərəkatının fəallarından olub. Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. 1992-1993-cü illərdə milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutub.
XS
SM
MD
LG