Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Cümhuriyyət – 94 il [Video]


Cümhuriyyət – 94 il
Gözlə
Embed

No media source currently available

0:00 0:54:32 0:00
Direct-ə keçid

Tarixçi-alimlər Altay Göyüşov və Şirməmməd Hüseynov Azərbaycan Demokratik Respublikasının dərslərindən danışırlar.

«Müasir Azərbaycan Respublikasını Cümhuriyyətin varisi adlandırmaq çətin məsələdir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında tarixçi-alim Altay Göyüşov Azərbaycan Demokratik Respublikasının dərslərindən danışarkən deyib:

«Ümumiyyətlə, bu, Azərbaycan tarixinin şah nöqtəsidir. Sovet hökuməti dağılanda, bizim idealımız o Cümhuriyyət idi. Ona görə onun atributlarını olduğu kimi götürdük və tətbiq etdik. Amma bununla kifayətlənməməliyik. O Cümhuriyyətin ruhu, ideyaları, o Cümhuriyyətin böyüklüyü bərpa olunmalıdır və bunu etməyin yolu demokratiyadır».

Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
Tarixçi-alim Şirməmməd Hüseynov deyir ki, Sovet dövrünün tərbiyəsini görmüş insanlardan birdən birə demokratiya gözləmək doğru deyil. Onun fikrincə, əsas olan odur ki, istiqlaliyyət əldə olunub:

TƏLƏSMƏK LAZIM DEYİL

«Biz Avropa səviyyəsində vətəndaş yetişdirmək üçün bir neçə nəsil gözləməliyik. Tələsmək lazım deyil. Biz dövlətimizi dünyaya tanıtmışıq, BMT Təhlükəsizlik Şurasına başçılıq edirik, iqtisadiyyat və təhsili yaradırıq».

A.Göyüşov bununla razılaşmayaraq deyir ki, SSRİ dağılandan sonra formalaşan Baltikyanı və Şərqi Avropa dövlətləri bu mərhələni çoxdan geridə qoyublar. Onun fikrincə, 20 il az vaxt deyil və bu müddətdə bütöv bir nəsil dəyişə bilər:

Altay Göyüşov
Altay Göyüşov
«Əsas odur ki, bu istiqamətdə istək olsun. Siyasi istək olduqdan sonra vaxt məsələsini asanlıqla həll etmək mümkündür. Siyasi modernləşmə olmayacaqsa, istənilən modernləşmənin nəticəsi yoxdur. Hətta istiqlaliyyətin möhkəmlənməsi, şüurlara işləməsi üçün demokratikləşmə vacibdir. Biz bu məsələdə ciddi surətdə geridə qalırıq».

A.Göyüşov deyir ki, ADR banilərinin xatirələri əbədiləşdirməli, Cümhuriyyət ideyaları təbliğ olunmalıdır.

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG