Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 02:18

Zahanozen iğtişaşlarına görə 5 polis həbsə məhkum edildi


2011-ci ilin dekabrında Zahanozendə baş verən olaylarda günahkar bilinən 5 polis işçisi 5 ildən 7 ilə qədər həbs cəzası alıb. Cəza alanlardan 3-ü yüksək rütbəli zabitlərdir.
 
Manqıstau məhkəməsi polisləri vəzifə səlahiyyətlərini aşmaqda günahkar bilib.
 
 
Dekabrın 16-da Zhanaozen şəhərində polislərin açdığı atəş nəticəsində azı 16 neftçi həlak olmuşdu.
 
Mayın 17-də isə Zhanaozendəki müvəqqəti saxlanma məntəqəsinin nəzarətçisi şübhəlilərin ölümünə görə 5 il həbs cəzası almışdı.
 
Başqa bir məhkəmə prosesində isə iğtişaşları təşkilində günahlandırılan 37 mülki şəxsin işi davam edir.
XS
SM
MD
LG