Keçid linkləri

2026, 06 İyun, şənbə, Bakı vaxtı 15:03

Prezident seçkilərinin rəsmi nəticələri açıqlanır

Mayın 28-də Misirdə ötən həftə keçirilən prezident seçkilərinin ilk rəsmi nəticələri açıqlanacaq. Qeyri-rəsmi nəticələrə görə, Müsəlman Qardaşlığının namizədi Mohammed Morsi və devrilmiş prezident Hosni Mubarakin Baş naziri olan Ahmed Shafiq ikinci tura qalacaq. Prezident seçkilərində ikinci turun iyunun 16-17-də keçirilməsi nəzərdə tutulur.

Morsi və Shafiq hər ikisi seçkilərdə pozuntular olması ilə bağlı Seçki Komissiyasına şikayət ünvanlayıblar.

Hosni Mubarakin devrilməsindən sonra keçirilən ilk prezident seçkisində 12 namizəd mübarizə aparırdı. Seçicilərin 50 faizə yaxını seçkidə iştirak edib.
This item is part of
XS
SM
MD
LG