Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:44

«Məhəbbət» yenə qalib gəldi!


Cannes Film Festivalının bağlanışı
Cannes Film Festivalının bağlanışı
Mayın 27-də 65-ci Сannes Film Festivalı təntənəli mərasimlə bağlandı. «Məhəbbət» yenə qalib gəldi.

Avstriya rejissoru Michael Haneke-nin «Amour» («Məhəbbət») filmi festivalın baş prizini - «Qızıl Palma Budağı»nı aldı.

Cannes Film Festivalının bağlanışı və mükafatların təqdimatı Azərbaycanın «Mədəniyyət» kanalı ilə canlı yayımlanırdı.

Qalib filmdə baş rollarda fransız aktyorları Emmanuelle Riva və əfsanəvi Jan Lui Trentinian oynayır.

Təqdimat mərasimində hər iki aktyor mükafatı alan rejissorun yanındaydı. Bu, Xanekin Cannes-da qazandığı ikinci mükafat idi.

Rejissor ilk dəfə 2009-cu ildə «Bəyaz lenta» filminə görə «Qızıl palma budağı» almışdı.

Qalan mükafatlar belə bölündü:

Münsiflər heyətinin «böyük mükafatı» - Matteo Garrone «Reality»,

Jürinin «xüsusi mükafatı» - Ken Loach «Angel's Share»,

«Ən yaxşı ssenari» - Cristian Mungiu «Au-dela des collines»,

«Ən yaxşı rejissor» - Carlos Reygadas « Post tenebras lux »,

«Ən yaxşı kişi rolu» - Mads Mikkelsen «The Hunt» (rej :Thomas Vinterberg),

Fransa - Avstriya rejissoru Michael Haneke (ortada), fransız aktrisası Emmanuelle Riva (solda) və fransız aktyoru Jean-Louis Trintignant mükafatı alandan sonra, 27 May 2012
Fransa - Avstriya rejissoru Michael Haneke (ortada), fransız aktrisası Emmanuelle Riva (solda) və fransız aktyoru Jean-Louis Trintignant mükafatı alandan sonra, 27 May 2012
«Ən yaxşı qadın rolu» - Cosmina Stratan ve Cristina Flutur - «Beyond the Hills» (rej: Cristian Mungiu)

Qızıl kamera (Camera d'Or): «Beasts of the Southern Wild» (Rej: Benh Zeitlin).

Qısametrajlı filmlər kateqoriyasında yarışan türk rejissor Rezan Yeşilbaşın «Sessiz» filmi də 10 filmin içərisindən seçilib «Qızıl Palma» aldı.

Mükafatı alan Yeşilbaş «Bu ödülü ölkəmin səssiz və yalnız buraxılmış bütün qadınlarına bağışlayıram» dedi.

11 gün davam edən Cannes Film Festivalı 65-ci dəfə keçirilirdi.

Festivalda 30-a yaxın ölkədən 91 film göstərildi.

Jüriyə italyan rejissor və aktyor Nanni Moretti başçılıq edirdi.

Festivalın builki simvolu əlində tutduğu bayram tortunun şamını söndürməyə çalışan əfsanəvi kino-ulduz Merilin Monro idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG