Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:35

Bəhreyndə 8 şiə müsəlmanı həbs cəzasına məhkum edilib


Bəhreyndə 8 şiə müsəlmanı müxtəlif müddətlərlə həbs cəzasına məhkum olunub.

Onlar hakimiyyəti devirməyə cəhddə və İranın xüsusi xitmətilə əlbirlikdə ittiham olunurdular.

Onlardan 6-na 15 il verilib.

Bəhreyn hakimiyyəti İranı ölkədəki müxalifət qüvvələrini dəstəkləməkdə günahlandırır.

Əhalisinin çoxu şiələr olan Bəhreyni sünni sülaləsi idarə edir.

Şiə müxalifəti ölkədə köklü islahatlar aparılmasını tələb edir.

Ötən il “Ərəb baharı” dalğası başlayanda ölkədə kütləvi etirazlar keçirildi.
XS
SM
MD
LG