Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:43

Son 2 gündə Yəməndə azı 85 yaraqlı öldürülüb


Bazar gününə keçən gecə Yəmənin cənubunda azı 22 yaraqlı öldürülüb.

Bu barədə Yəmən hakimiyyəti və yerli şahidlər xəbər verir.

Məlumatlara görə, ötən ildən yaraqlıların əlində olan Caar şəhərinin yaxınlığında azı 15 yaraqlı öldürülüb.

Bu ərazidə “əl Qaidə” ilə əlbir olan yerli “ Ənsar əl şəriət” qrupunun hərbi bazası var.

Ordu komandanlığı Abyan əyalətinin paytaxtı Zincibardakı vacib mövqelərdən birinin ələ keçirildiyini xəbər verir.

Şənbə günü həmin ərazidə getmiş döyüşlərdə azı 63 yaraqlı öldürülüb.

Onların əksəriyyətinin Somali vətəndaşları olduqları bildirilir.
XS
SM
MD
LG