Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:04

Dünyada ilk dəfə Naxçıvanda yaranan idarə


-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

6 aprel 2012. sayı 62(20.467)

ŞƏRURDA BOL MƏHSULUN ƏSASI QOYULUR

Şərur Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, bu günədək 3450 hektar sahədə şum qaldırılıb. İlk olaraq torpaq mülkiyyətçiləri yazlıq taxıl əkininə start veriblər. Qeyd edək ki, ötən ilin payızında 7422 hektar sahədə taxıl əkini keçirən şərurlular cari ildə daha yüksək nəticələr qazanmaq üçün vaxtdan səmərəli istifadə etməyə, əkin kompaniyasını optimal müddətdə başa çatdırmağa çalışırlar. Bu günədək 115 hektar sahədə taxıl əkini aparılıb.

Rayonda kartofçuluqda zəngin təcrübə qazanılıb. Hər il rayonun torpaq mülkiyyətçiləri daxili bazarda yerli məhsulun çəkisinin artırılmasına öz töhfələrini verirlər.

...Muxtar Respublikada meyvəçiliyin inkişafında xüsusi çəkisi olan bu rayonda meyvə bağları sahələrinin artırılması qayğısına da qalınır, ilbəil yeni bağlar salınır. Yazın ilk günlərindən bu iş davam etdirilib, 1 hektar sahədə meyvə bağı salınıb.

HƏMYERLİLƏRİMİZ AŞQABAD ŞƏHƏRİNDƏ KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİBLƏR

Türkmənistan Respublikasının paytaxtı Aşqabad şəhərində Türkmənistan Elmlər Akademiyasının təşkilatçılığı ilə «Türkmənistanın orta əsr şəhərləri Avrasiya sivilizasiyasında» mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Dünyanın 50-dən çox ölkəsinin alimlərinin iştirak etdiyi konfransda orta əsrlərdə Böyük Yolu və onun fəaliyyəti dövründə inkişaf etmiş şəhərlər, onların ticarət əlaqələri, şəhərsalmada kəhriz və karvansara mədəniyyəti barədə məruzələr oxunmuşdur. Konfransda Azərbaycan Respublikasını təmsil edən 3 alimdən 2-si Naxçıvandan olmuşdur.

Qeyd olunmuşdur ki, Azərbaycan dünyada kəhriz suyundan istifadə edən 66 dövlət arasında ilk yerlərdən birini tutur. Ona görə ölkəmizdə, xüsusilə Naxçıvanda kəhrizlərə böyük önəm verilir. Dünyada ilk dəfə olaraq məhz Naxçıvan Muxtar Respublikasında Kəhriz İdarəsi yaradılmışdır.

Üç gün davam edən elmi konfransda AMEA - nin müxbir üzvi Əbülfəz Quliyev «Türkmənistanın orta əsr şəhərləri tarixinin mənbələri və tarixşünaslıq» adlı 2-ci bölməyə rəhbərlik etmişdir

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Tələbə evində məşğələ
- Hüquqi maarifləndirmə günün tələbidir
- Qanun keşikçiləri üçün yeni bina
- Növbəti əmək yarmarkası Kəngərli rayonunda keçirilib
XS
SM
MD
LG