Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 13:31
Mayın 27-də Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində etiraz mitinqi keçirilib.

Aksiyanı müxalifət lideri Bidzina İvanişvilinin rəhbərlik etdiyi «Gürcüstan arzusu» koalisiyası təşkil edib.

Aksiya icazəli olub.

Koalisiya bununla seçkiqabağı kampaniyaya başladığını bəyan edib.

Kolaisiyanın lideri, milyardçı Bidzina İvanişvili mitinqdə çıxış edərkən “Vahid Demokratik
Gürcüstan” uğrunda mübarizəyə başlayacağını bəyan edib.

O qeyd edib ki, bu məqsədə çatmaq üçün parlament seçkisində qalib gəlməklə hakimiyyəti dəyişmək lazımdır.

AzadlıqRadiosunun Gürcüstan müxbiri xəbər verir ki, müxalifət bu ilin oktyabrında keçiriləcək parlament seçkisinədək müntəzəm kütləvi aksiyalar keçirmək fikrindədir.

Bugünkü mitinqdə 10 minlərlə adam iştirak edib.

Parlamentin keçmiş sədri Nino Burcanadze də mitinqdə iştirak edib.

Müxalifət prezident Mixeil Saakaşvilini avtoritar rejim yaratmaqda ittiham edir.

Bəziləri isə hesab edir ki, o 2013-cü ildə ikinci prezidentlik müddəti bitdikdən sonra baş nazir olmaq istəyir.

Gürcüstanın ədliyyə nazirliyi Bidzina İvanişviliyə vətəndaşlıq verməkdən imtina edir.

Bu halda o ölkədə keçiriləcək prezident və parlament seçkilərində iştirak edə bilməyəcək.

İvanişvili Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG