Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:24

Tehran uran zənginləşdirməkdən dönmək fikrində deyil


Tehran uranın 20 faizədək zənginləşdirilməsi prosesindən əl çəkməyə səsbəb görmür.

Bunu İran Atom Enerjisi Agentliyinin rəhbəri Fereydoon Abbasi Davani deyib.

Onun sözlərinə görə, İran ölkənin enerji təlabatından artıq uran istehsal etmir.

Beynəlxalq Atom Enerjisi Agentliyi cümə günü bəyan edib ki, beynəlxalq müfəttişlər İranın nüvə obyektlərindən birində 20 faizdən artıq zənginləşdirilmiş uranın izini aşkar ediblər.

Tehran bunun texniki problemlə bağlı olduğunu deyir.

Qərb İranə gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG