Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Misirdə prezidentliyə namizəd səsləri yenidən saymağa çağırıb


Misirdə keçirilən prezident seçkisində 3-cü olan namizəd Hamdin Sabahi çoxsaylı qanun pozuntularına görə, səsləri yenidən saymağa çağırıb.

Solçu millətçi Sabahi ikinci yerdə gələn Ahmed Shafikdən təxminən 3,5 faiz az səs topladığından ikinci mərhələyə çıxa bilməyib.

Mayın 23-24-də keçirilmiş seçkidə “Müsəlman Qardaşları” hərəkatının namizədi
Mohammed Mursi 25,3, keçmiş rejimin dövründə sonuncu baş nazir olmuş Ahmed Shafik isə 24,9 faiz səs toplayaraq ikinci mərhələyə çıxıblar.

Rəsmi nəticələr mayın 29-da gözlənilir.
XS
SM
MD
LG