Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 05:46

İranda 27 faizədək zənginləşdirilmiş uranın əlaməti aşkar edilib

Beynəlxalq Atom Enerjisi Agentliyi bildirir ki, müfəttişləri İrandakı obyektlərdən birində 27 faizədək zənginləşdirilmiş uranın əlamətlərini aşkar ediblər.

İran bunun texniki səhv ucbatından olduğunu deyir.

İran bundan əvvəl bildirmişdi ki, onun nüvə obyektlərində 20 faizdən artıq zənginləşdirilmiş uran yoxdur.

Müşahidə Qum şəhərinin yaxınlığındakı obyekdə aparılıb.

Qərb agentliklərinin məlumatına görə Beynəlxalq Atom Enerjisi Agentliyi İrandan əlavə izah istəyib.
This item is part of
XS
SM
MD
LG