Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:07

Fransa səfirliyi senatorların Dağlıq Qarabağa səfərinə münasibət bildirib


Eyfel qülləsi
Eyfel qülləsi
Fransanın Azərbaycandakı səfirliyi fransalı senatorların Dağlıq Qarabağa səfərinə münasibət bildirib.

Səfirliyin bəyanatında deyilir ki, Fransa parlamentinin üzvləri istənilən səfərdə sərbəstdirlər.
“Fransa Dağlıq Qarabağı tanımır.
Fransa Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanıyır.
Əgər bir fransalı senator beynəlxalq ictimaiyyəti Qarabağın müstəqilliyini tanımağa çağırmış olsaydı, o, bununla öz fərdi mövqeyini əks etdirmiş olardı və bu Fransanın üzərinə heç bir formada məsuliyyət qoymur”.

Azərbaycanın Xarici İşlər Nazirliyi həmin senatorları arzuolunmaz şəxs elan edib.

/ANS PRESS/
XS
SM
MD
LG