Keçid linkləri

2026, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:49

Əfqanıstanda törədilmiş partlayışlarda bir neçə adam ölüb

Əfqanıstanın bir neçə əyalətində törədilmiş partlayışlarda bir neçə nəfər ölüb, 10-a yaxın adam isə yaralanıb.

Helmand əyalətində avtobusun minaya düşməsi nəticəsində 2 adam ölüb, 3 nəfərsə yaralanıb.

Əyalətdə törədilmiş ikinci partlayışda isə 1 kişi və 2 uşaq ölüb.

Uruzqan əyalətində törədilmiş partlayışd 1 polis əməkdaşı ölüb,Qəndəharda motosikletdə olan intiharçının törətdiyi partlayışda isə bir neçə adam yaralanıb.

Bu gücumlar Fransa prezidenti Francois Hollandenin ölkəyə səfərinə təsadüf edir.
This item is part of
XS
SM
MD
LG