Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:37

Əsgər yoldaşlarından birini bıçaqlayaraq öldürüb


Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsində ölümlə nəticələnən insident baş verib.

APA-nın məlumatına görə, 19 yaşlı əsgər Zəka Qasımov münaqişə zəminində hərbi qulluqçu Ruslan Məmmədovu bıçaqlayıb və o aldığı xəsarətdən keçinib.

Hadisəni törədən əsgər saxlanılıb.

Məlumata görə, Ruslan Məmmədov mübahisə edən əsgərləri aralamaq istəyərkən bıçaqlanıb.

Ruslan Məmmədov Yevlax, qətli törədən Zəka Qasımov isə Masallı Rayon Hərbi
Komissarlıqlarından hərbi xidmətə çağırılıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
XS
SM
MD
LG