Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:28

Misirdə keçirilən prezident seçkisində islamçıların namizədi irəlidə gedir


Mayın 23 və 24-də Misirdə keçirilmiş prezident seçkisinin ilkin nəticələrinə görə, “Müsəlman qardaşları” hərəkatının namizədi Mohammed Mursi irəlidə gedir.

Onun iyunun 16-17-də keçiriləcək ikinci mərhələyə çıxdığı bildirilir.

“Müsəlman qardaşları” hərəkatı hesab edir ki, ikinci mərhələdə Mursinin rəqibi keçmiş rejimdə sonuncu baş nazir olmuş Ahmed Shafik olacaq.

Bu keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ilk prezident seçkisidir.
XS
SM
MD
LG